Almaniyanın səhiyyə naziri Karl Lauterbax ölkəsində Covid-19 pandemiyasının başa çatdığını açıqlayıb.
Azpost.info bildirir ki, Karl Lauterbax verdiyi açıqlamada deyib: “Covid-19 ştamlarının peyvəndlərin və hələ də davam edən klinik hadisələrin vəziyyətinə baxdıqda epidemiyanın başa çatdığını müşahidə edirik”.
Almaniyanın Covid-19 pandemiyasının öhdəsindən uğurla gəldiyini deyən Lauterbax virusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin düzgün qərar olduğunu bildirib.
Aprelin 7-də (sabah) Almaniyada koronavirusa qarşı məhdudiyyətlər çərçivəsində məcburi maska taxılması qaydası ləğv ediləcək.