Səudiyyə Ərəbistanında Kriştiano Ronaldonun muzeyi açılıb

Səudiyyə Ərəbistanında “Ən-Nəsr” kubunun və futbol üzrə Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun şərəfinə muzey açılıb.

Kriştianu Ronaldu bu barədə özünün media hesabında yazıb: “Bu mənim tariximdir. “Madeyra” klubundan Səudiyyə Ərəbistanınadək. Mənim CR7 muzeyim artıq Ər-Riyadda”.

Muzeydə Kriştiano Ronaldonun şəxsi əşyaları – köynəkləri, mükafatları, ayaqqabıları, kubokları və medalları, o cümlədən beş “Qızıl top”u nümayiş olunur. Futbolçunun mum heykəli də eksponatlar arasındadır.

Xatırladaq ki, 2022-2023 mövsümünə İngiltərənin “Mançester Yunayted” klubunda başlayan Kriştianu Ronaldu sonradan rəhbərlik və məşqçi ilə münaqişə səbəbindən klubu tərk edərək qış transfer pəncərəsində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib. Portuqaliyalı hücumçu bundan öncə milli komandanın heyətində keçirdiyi 200-cü oyununa və ən yüksək illik gəlirinə görə “Ginnesin Rekordlar Kitabı”na daxil edilib(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.