“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini TƏBİB müəyyən edəcək.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Nizamnaməsində öz əksini tapıb.
Qeyd olunub ki, nəzərdə tutulmuş tarifləri təsdiq etmək isə TƏBİB-in Müşahidə Şurasının səlahiyyətindədir.