TƏBİB:

"Koronavirusa yoluxanların vəziyyəti tam stabildir"
05 Mart 2020 - 12:53

“Hazırda Azərbaycanda koronavirusa yoluxan 3 şəxs var. Onların vəziyyəti tam stabildir”.

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Qərargahın üzvü, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, həmin şəxslərin vəziyyətində ağırlaşma yoxdur, amma həkim nəzarətindədirlər.