Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilən xüsusi karantin rejimi qaydalarını pozaraq ev şəraitində 19 nəfərdən ibarət yığıncaq təşkil edib.
Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Bildirilib ki, qeyd edilənlər nəzərə alınaraq, Təhsil nazirinin müvafiq əmri ilə Mətanət Misirxanovaya töhmət verilib.