“Təhsil sistemində fasilələr bütöv bir nəsil üçün fəlakətə çevrilə bilər” –BMT-nin Baş katibindən bəyanat

“Bu il Beynəlxalq Təhsil Günü elə bir şəraitdə qeyd edilir ki, COVID-19 pandemiyası səbəbindən məktəblilərin və tələbələrin çoxu təhsil müəssisələrinə az-az gedir, əsasən evdə qalmaqla oxuyur və ya ümumiyyətlə, bu imkandan məhrumdur”.

BMT-nin rəsmi saytı xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, təhsil sistemində fasilələr bütöv bir nəsil üçün fəlakətə çevrilə bilər. Baş katib distant təhsil metodlarını təkmilləşdirməyə çağırıb.

Koronavirus pandemiyası ilə əlaqədar dünya ölkələrinin çoxu bütün tədris müəssisələrini bağlamağı qərara alıblar. 1,5 milyard uşaq məktəbə getmək imkanından məhrum olub. Onların çoxu distant təlim metoduna keçib, lakin bu uşaqların təqribən üçdəbir hissəsi – 463 milyonu “məsafədən oxumaq” imkanından məhrumdur, çünki onların evlərində kompüter və ya internet yoxdur, yaxud, məsələn, çoxuşaqlı ailələrdə qacetlər uğrunda “mübarizə aparmalı” olurlar.

UNESCO-da vurğulayıblar ki, məktəblərin bağlanması və ya tədris saatlarının azaldılması səbəbindən bu gün dünyadakı bütün məktəblilərin təqribən yarısı bu və ya digər dərəcədə əziyyət çəkirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən il Azərbaycanda baş verən yol qəzalarında 696 nəfər ölüb –

Sonrakı məqalə

Azərbaycan və İran XİN başçıları arasında görüş keçirilir