““Tərtər işi” Vətən müharibəsindən sonra gündəmə gətirilib” –Hərbi prokuror Qurban Məmmədovu "erməni maşası" adlandırdı

““Tərtər işi” Vətən müharibəsindən sonra gündəmə gətirilib”.

Bunu Respublikanın Hərbi prokuroru Xanlar Vəliyev deyib.

“Vətən müharibəsindən sonra ermənipərəst qüvvələr bizim aramızda olan erməni xislətli insanlardan istifadə elədi və bu məsələni bu cür tamamilə əsassız şəkildə gündəmə gətirməyə cəhd elədi. Qurban Məmmədov və onun kimilər bu gün hələ ermənilərin maşasıdır. Çox təəssüf edirəm ki, belə insanlar bizim millətdəndir. Qurban Məmmədov kimilər başa düşmür ki, onların deməyi ilə deyil. Qurban Məmmədov özü hüquqşünasdır, çox gözəl bilir ki, hər bir ölkədə, o cümlədən müasir qanunvericiliyə malik olan Azərbaycan Respublikasında hər şey qanunla həll olunur. Cinayət işi başlanıb, istintaq aparılıb, təqsirli hesab olunan şəxslər məhkəmə məsuliyyətinə verilib. Azərbaycanda mövcud olan bütün məhkəmə mərhələləri üzrə bu işlər araşdırılıb. Müəyyən olunub ki, istər dövlətə xəyanətdə ittiham olunan, istərsə də həmin şəxslərə və digərlərinə qarşı qanunsuz işgəncə verən şəxslər haqqında çıxarılmış hökmlər qanunidir. Təkcə işgəncə işi üzrə 102-103 nəfər müəyyən edilib. Onlara qarşı müxtəlif formada fiziki zorakılıq tədbirləri həyata keçirilib. Yalnız təqsirləndirilən şəxslər deyil, digərlərinə də qarşı bu cür tədbirlər həyata keçirilib. Biz istintaqın gedişində bəzi şəxsləri məsuliyyətə cəlb etmişik, ancaq sonra müəyyən etdik ki, həmin adamların günahı yoxdur. Buna görə də onların cinayət işinə xitam verilib”, – deyə X. Vəliyev bildirib.

Onun sözlərinə görə, Hərbi Prokurorluq obyektiv olmağa çalışıb: “Zənn edirəm ki, Hərbi Prokurorluq buna nail olub. Bu gün kimsə razılaşmaq istəmir ki, onların övladları belə cinayətlərdə günahlandırılır. Bu, hər bir azərbaycanlı üçün qara ləkədir. Bu ləkəyə görə həmin övladın valideyni olmaq istəmir. Amma neynəmək olar? Əvvəllər də belə hallar olub, əvvəllər də belə adamlara qarşı mübarizə aparılıb, belə adamlar cinayət məsuliyyətinə cəlb olunub, onlar haqqında məhkəmə məsuliyyətinə verilib. Onlar təmizlənməsəydi, bu gün bizim ordumuz təmizlənməsəydi, biz çox pis vəziyyətdə qalardıq, bu gün bu qələbəni qazana bilməzdik. Bu, təkcə bizdə deyil. II Dünya müharibəsi zamanı sovet ordusunun hərbçiləri belə satılmışdı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Kütləvi şəkildə hərbçilərə qarşı qeyri-qanuni işgəncə tədbirləri həyata keçirilib” –

Sonrakı məqalə

Sürücülük vəsiqəsinin verilməsinə görə rüsumlar artırılır