Tahir Kərimli yenə deputatlığa namizəddir:

"Bu, meydandır"
10 Yanvar 2020 - 10:37

Mediada Vəhdət partiyasının sədri Tahir Kərimlinin qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi, onun partiya sədrliyindən gedəcəyi barədə məlumatlar var.

Azpost.info-nun məlumatına görə, modern.az-a açıqlamasında Tahir Kərimli deyilənləri təkzib edib, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini bildirib.

Hətta o, Dairə Seçki Komissiyası tərəfindən namizədliyinin qeydə alındığını bildirib.

Tahir Kərimli həmçinin parlament seçkilərində mübarizə aparacağı şəxslər barədə də danışıb: “Mənimlə eyni dairədə bir neçə nəfər mübarizə aparacaq. Onlardan biri Yeni Azərbaycan Partiyasının namizədi Əli Hüseynovdur. Digər namizədlərim arasında həkim olan da var. Bu, meydandır. Hər kəsə uğur arzu edirəm”.