Taksilərlə bağlı yeni qadağa –Bu maşınlar xidmət göstərə bilməz

Bakı şəhərində taksi fəaliyyəti ilə məğul olanlar üçün yeni qadağa qüvvəyə minib.

Oktyabrın 9-dan etibarən bəzi avtomoillərin Bakı şəhərində taksi kimi istifadəsinə qadağa qoyulub.

Söhbət 2009-2010-cu illər istehsalı olan avtomobillərdən gedir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) bu məlumatı təsdiqləyiblər. Agentlikdən FED.az-a bildirilib ki, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobili kimi istifadə oluna bilməz.

Qadağanın bugündən tətbiq edilməsinə gəlincə, AYNA-dan bildirilib ki, belə avtomobillərin sahibləri iyulun 1-dək müraciət edə bilərdilər. Həmin tarixə qədər müraciət etməyənlər artıq həmin avtomobillərdən istifadə edə bilməyəcəklər.

«Yaşı 15 ili keçməyən avtonəqliyyat vasitələri ilə taksi fəaliyyəti göstərmək istəyənlər 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edə bilərdilər. 1 iyuldan sonra yalnız yaşı 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün müraciət edə bilirlər»- deyə agentlikdən bildirilib.

Əvvəlki məqalə

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

Sonrakı məqalə

Türkiyə “Orta Asiya” sözündən imtina etdi, “Türküstan”la əvəz olundu –