Taliban Əfqanıstanda qəzaya uğramış Rusiya aviaşirkətinə məxsus təyyarənin atəşə tutulması barədə məlumatları təkzib edib.
Azpost.info bildirir ki, Bədəxşan əyalətinin qubernatorunun mətbuat xidmətinin əməkdaşı Həzifullah Beheşti aif.ru ilə söhbətində bəzi KİV-lərdə Rusiya təyyarəsinin atəşə tutula biləcəyi ilə bağlı yayılan versiyanı rədd edib.
“İnternetdə yayılan, təyyarənin qəzaya uğraması fonunda güllə səslərinin eşidildiyi iddia edilən həvəskar videodan nəticə çıxarmaq olmaz” -deyə o bildirib. “Taliban”ın hava hücumundan müdafiə sistemi yoxdur. “Falcon 10” kursdan çıxsa da, ona atəş açılmayıb”.
Yanvarın 21-də Əfqanıstan ərazisində, Tacikistanla sərhəddən 40 kilometr aralıda Hindistandan Moskva yaxınlığındakı Jukovski hava limanına uçan şəxsi ticarət təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 6 Rusiya vətəndaşı olub. ilkin məlumatlara görə, təyyarə qəzasında ər-arvad Anna və Anatoli Evsyukovlar ölüb.