Tamerlan Qarayevin 70 yaşı tamam olub

Dövlət xadimi Tamerlan Qarayevin 70 yaşı tamam olub.

Tamerlan Qarayev 1952-ci il yanvarın 30-da Ağdam rayonunun Qasımlı kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini bitirib.

1973-1978-ci illərdə Bakı Şəhər Prokurorluğunda xidmət edib.

1978-1991-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində müəllim, baş müəllim, dosent, dekan müavini postlarını tutub. Hüquq elmləri namizədidir.

Tamerlan Qarayev milli azadlıq hərəkatının öncül şəxslərindən biridir, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri olub. 1995-ci ildə Müsavata birləşən Doğru Yol Partiyasının qurucusudur.

1991-ci ildən parlament sədrinin müavini, 1992-ci ildən birinci müavini vəzifələrində çalışıb.

1993-cü ildən Tamerlan Qarayev Azərbaycanın Çində səfiri, 2004-cü ildən Hindistanda səfiri (2006-cı ildən eyni zamanda Nepalda, Şri-Lankada, Banqladeşdə, 2007-ci ildən həmçinin Maldivdə) olub.

2011-ci ildə Tamerlan Qarayev İndoneziyaya səfir təyin olunub, həmin il eyni zamanda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası yanında daimi nümayəndəliyin başçısı statusu alıb, 2012-ci ildən Azərbaycanı Filippin, Sinqapur və Şərqi Timorda da təmsil edib.

2018-ci ildən Azərbaycanın Litvada səfiridir.

2019-cu ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir