Tanınmış jurnalist Vaqif Əlixanlı vəfat edib-FOTO

Tanınmış dramaturq, tərcüməçi və jurnalist Vaqif Əlixanlı vəfat edib.

81 yaşlı ədib ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, V.Əlixanlı sovet illərində uzun müddət Mədəniyyət Nazirliyində və AzTV-də müxtəlif vəzifələrdə çalışıb. Sonrakı illərdə “Space”, ABBA, “Lider” və  ANS TV-də baş redaktor vəzifəsində çalışıb.

2013-cü ildən 2021-ci ilədək Yazıçılar Birliyinin orqanı olan “Qobustan” incəsənət jurnalının baş redaktoru olub.
Vida mərasimi saat 13-də Təzə Pir məscidində, dəfn mərasimi saat 14-də Qurd qapı məzarlığında olacaq.

Vaqif Əlixanov (Əlixanlı) 13 oktyabr 1943-cü ildə Quba rayonunun Yerfi kəndində anadan olub.

Əlixanlı orta təhsilini 1949-1959-cu illərdə Yerfi kəndində almışdır. Bundan sonra o, iki il kolxozda çalışmışdır. Dramaturq 1959 (1961) -1964-cü (1967) illərdə indiki BDU-nun kitabxanaçılıq fakültəsində təhsilini davam etdirib.

O, 1968-1971-ci illərdə Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsinin incəsənət şöbəsində redaktor, 1971-1976-cı illərdə isə orada baş redaktor kimi çalışıb.

Vaqif Əlixanlı 1976-1979-cu illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor əvəzi kimi çalışıb. Əlixanlı Quba xanı Fətəli xanın nəslindən olduğuna görə onu yüksək vəzifəyə təsdiq etmirdilər. 1979-cu ildə o, ssenari-redaksiya heyətinin üzvü, 1979-1981-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi teatr və musiqi mutəxəssisləri idarəsinin baş redaktoru olub.

O, ədəbi fəaliyyətə 1968-ci ildən “Bulaq” radio verilişinə yazdığı etnoqrafik hekayələr və “İncəsənət” televiziya verilişinə yazdığı “Rənglər” silsilə hekayələri ilə başlamışdır. Əlixanlı “Bulaq” verilişinə görə 1972-ci ildə “Qızıl qələm” mükafatını alıb.

Əvvəlki məqalə

“Ukraynanın qalib gəlməsi üçün hər şeyi edəcəyik”

Sonrakı məqalə

Bakı-Şamaxı yolunda sürüşmə ehtimalı var