Tanınmış telejurnalist vəfat edib

20 Fevral 2020 - 15:20

Jurnalist, Prezidentin Fərdi təqaüdçüsü Mülatif Adurov vəfat edib.

Uzun müddətdir, ürək xəstəliyindən əziyyət çəkən jurnalist 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mülatif Adurov uzun illər “Bakı” qəzetində çalışıb. 1980-ci ildən fəaliyyətini AzTV-də davam etdirib. Beynəlxalq Radio Verilişlərində şöbə müdiri, AzTV-nin “Səhər görüşləri”, “Dalğa” proqramlarında, İctimai-siyasi proqramlar redaksiyasında çalışıb, “Xəbərlər” proqramında baş redaktor müavini, baş redaktor vəzifələrində işləyib.