Tanınmış xəbər aparıcısı AZTV-dən getdi

Aparıcı Samirə Mustafayeva AzTV-dən gedib. 

OLAY yazır ki, o, kanalla işbirliyinə son qoyub.

S.Mustafayeva xəbəri Axşam.az-a təsdiqləyib. O bildirib ki, kanaldan getməsinin səbəbi qızının təhsilidir: 

“Bu il qızım orta təhsilini bitirib və artıq xaricdə təhsilə hazırlaşırıq. Universitet seçimi, yerləşmə, bütün zamanımı bu işlərə ayırmışam. Tez-tez səfər edirik. Xəbər isə canlı efirdir. Hər dəfə və ya uzun müddətli icazə almaq olmur. Çalışdığım doğma AzTV-dən isə ayrılmaq mənə çox çətin oldu. Çünki peşəkar komanda, hər zaman diqqət və qayğısını işçidən əskik etməyən sədrin rəhbərliyi ilə çalışmışam”. 

Qeyd edək ki, S.Mustafayeva uzun müddət ATV-də işləyib. O, daha sonra fəaliyyətinə ara verib. 2020-ci ildən isə AzTV-də çalışır.

Əvvəlki məqalə

Ağdam, Füzuli və Cəbrayılın 29 kəndinin və Horadiz sakinlərinə verilən “çörək pulu” dayandırılıb

Sonrakı məqalə

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib