“Tanrı öldürmə əmri verənlərin qəlbini döndərsin” –Papa Moskvadakı terroru pislədi

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında törədilmiş qanlı terror aktını pisləyib.

Pontifik ənənəvi “Angelus” duası zamanı Moskvadakı terror aktını qorxaqcasına hücum adlandırıb, terroru qınadığını bəyan edib.

“Moskvada törədilən terror aktının qurbanları üçün dua edirəm. Rəbb onların ailələrinə səbir versin. Tanrı öldürmə əmrini verən, bu qeyri-insani hərəkətləri təbliğ və təşkil edən, həyata keçirənlərin qəlbini döndərsin”, – deyə Papa Fransisk vurğulayıb.

Əvvəlki məqalə

“Son həftədə Rusiya Ukraynaya 1 000-dən çox raket, bomba və dron atıb” –

Sonrakı məqalə

Bu gün Azərbaycan – Bolqarıstan matçı keçiriləcək –