Tayland bütün turistlər üçün qapılarını açır –Karantin rejimi ləğv olundu

Tayland bütün dünyadan gələn turistlər üçün karantin tələbini qaldırıb.

Azpost.info xəbər verir ki, bu barədə “Thailand News” məlumat yayıb.

Məlumata görə, peyvəndin son dozası ölkəyə gəlməzdən ən azı iki həftə əvvəl alınmalıdır. Taylanda təkbaşına gələn 5-17 yaş arası uşaqlar ən azı bir dəfə peyvənd olunmalıdırlar. Əgər ölkəyə valideynləri ilə daxil olublarsa, onlardan heç nə tələb olunmayacaq. Sənədlər sərhədi keçməyə imkan verəcək “Thailand Pass” sisteminə yüklənməlidir.

Azpost.info

Əvvəlki məqalə

“Təcridxana rəisinə kimi hamı bilirdi ki, İlkin günahsızdır” –

Sonrakı məqalə

BMT baş katibi ərzaq böhranının həlli üçün ilkin şərti açıqlayıb