Tayvandakı seçkilərdə müstəqillik tərəfdarı olan namizəd qalib gəldi

Tayvanın hakim Demokratik Tərəqqi Partiyasının namizədi Lay Tsinde ada administrasiyasının başçısı seçkilərində qalib gəlib.

Azpost.info xəbər verir ki, müxalifət namizədləri artıq açıq şəkildə məğlub olduqlarını etiraf ediblər.

Seçkilər yanvarın 13-də keçirilib.

“Tayvan xalqına demokratiyamızın növbəti fəslini yazdıqları üçün təşəkkür etmək istəyirəm. Biz dünyaya demokratiyaya nə qədər dəyər verdiyimizi göstərdik”, – Tsinde deyib.

Tsinde Tayvanın müstəqilliyinin tanınmasını fəal şəkildə müdafiə edir. Seçki kampaniyası zamanı siyasətçi Çinlə münasibətlərdə status-kvonu saxlayacağına söz verib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.