Tbilisi aeroportunda sərnişinlər üçün yeni sistem quraşdırılıb

Tbilisi beynəlxalq hava limanında sərnişinlər üçün yeni sistem tətbiq olunacaq.

Aeroportun uçuş zalında sərnişinlərin özlərini sərbəst şəkildə qeydiyyatdan keçirmək üçün köşklər yerləşdirilib. Burada quraşdırılmış EASIER aparatı sərnişinlərə uçuşa bir neçə saat qalmış qeydiyyatdan keçmək, oturacaq seçmək və minmə talonu əldə etmək imkanı yaradır.

Qeydiyyat prosedurunu sadələşdirmək məqsədi daşıyan layihə Tbilisi və Batumi beynəlxalq hava limanlarını idarə edən “TAV Georgia” şirkətinə 150 min lariyə başa gəlib(azərtac).

Əvvəlki məqalə

Rusiya nefti üçün “qiymət tavanı” fiaskosu

Sonrakı məqalə

Azərbaycanda əsas kapitala yönəldilmiş vəsait artıb