Tbilisidə etiraz aksiyaları davam edir

Tbilisidə etiraz aksiyası davam edir.

Şəhərin mərkəzi Çavçavadze küçəsini bloklayan etirazçılar ərazidə tonqal qalayıblar.

Mitinq iştirakçıları aksiyanın davam etməsi üçün bir-birlərini yeməklə təmin edirlər. Aksiyanın keçirildiyi əraziyə təkərlər gətirilib.

Etirazla əlaqədar prospektdə nəqliyyatın hərəkəti dayanıb, bir sıra mərkəzi küçələrdə tıxac yaranıb. Əraziyə xüsusi təyinatlı polis qüvvələri cəlb edilib.

Əvvəlki məqalə

İlham Əliyev Laçının azad olunmasının ildönümü münasibətilə paylaşım edib

Sonrakı məqalə

Həftə sonu idman beyin sağlamlığına əhəmiyyətli təsir edir