Tbilisidəki aksiyalarda 32 polis əməkdaşı xəsarət alıb- 43 nümayişçi saxlanılıb

Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə aksiya zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin 30-dan çox əməkdaşı xəsarət alıb.

Azpost.info xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında deyilir.

“Etirazçıların qanunsuz və zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 32 əməkdaşı xəsarət alıb. Zərərçəkənlərdən bəziləri baş, göz və bədənin digər nahiyələrindən ağır xəsarətlər alıb. Bunlardan 13-ü cərrahi müdaxilə tələb edir. Bu vaxta qədər tibb müəssisəsində yalnız bir hüquq-mühafizə orqanının əməkdaşı qalıb”, – məlumatda bildirilir.

Eyni zamanda, Daxili İşlər Nazirliyi Tbilisidə hökumət əleyhinə aksiyanın dağıdılması zamanı 43 nümayişçinin saxlanıldığını bildirir. “Aksiya zamanı hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmayan və Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə xırda xuliqanlıq edən 43 nəfər saxlanılıb”.

Azpost.info

Əvvəlki məqalə
Zərdüşt Əlizadə

“Bu qərar Fransanın Azərbaycana müharibə elan etməsi deməkdir”

Sonrakı məqalə

Milli Məclisin iclası başlayıb