Tbilisidə ermənilər Azərbaycan səfirliyinə hucum etməyə cəhd edib –Polislə insident yaşanıb (FOTO)/YENİLƏNİB

Tbilisidə ermənilərin təxribat cəhdi baş tutmayıb.

Gürcüstanda yaşayan ermənilər paytaxtın Avlabari metro stansiyası yaxınlığından Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüşə etmək istəyiblər.

Polis əllərində Ermənistan bayraqları tutan yürüş iştirakçılarının qarşısını Metexi körpüsü üzərində kəsib. Bu zaman polislə insident yaşanıb. Əraziyə çox sayda hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisidə Heydər Əliyev parkının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. (APA)

 

**

Hüquq mühafizə orqanlarının əməkdaşları ermənilərə səfirlik binasına yürüş etmələrinə icazə verməyib. Nəticədə yürüş Metexi körpüsü üzərində dayanıb. Polislə aparılan danışıq cəhdi də baş tutmadığından ermənilər geri qayıtmaq məcburiyyətində qalıblar.

Əvvəlki məqalə

Cəlilabadın icra başçısının müavini işdən çıxarılıb

Sonrakı məqalə

Roma Papası Azərbaycan və Ermənistan sərhədində atəşkəsə əməl etməyə çağırıb