Tehranda İran prezidenti ilə vida mərasimi keçirilir-FOTO

Tehran Universitetində İran prezidenti İbrahim Rəisi, ölkənin xarici işlər naziri və onları müşayiət edən nümayəndə heyətinin digər üzvləri ilə vida mərasimi keçirilir.

Azpost.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi yazıb.

İranın Ali dini lideri Ayətullah Seyid Əli Xamenei həlak olanlar üçün dua oxuyub.

Axşam saatlarında xarici rəsmilər və yüksək səviyyəli nümayəndə heyətləri Tehranda həlak olanların anım mərasimində iştirak edəcəklər.

Mayın 23-də günortadan sonra prezident İbrahim Rəisi İranın şimal-şərqində İmam Rza məqbərəsinin yerləşdiyi Məşhəd şəhərində dəfn olunacaq.

Azpost.info

Əvvəlki məqalə

İranın dini rəhbəri Xameneyi Paşinyanı qəbul edib

Sonrakı məqalə

Sosial islahatlar proqramı həssas təbəqənin mənafeyinin qorunmasına xidmət edir –