Tehranda HƏMAS Siyasi Bürosunun həlak olan rəhbəri İsmayıl Haniyə ilə vida mərasimi keçirilir.
Azpost.info xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
xəbər verir ki, dəfn mərasimində Tehran Universitetində keçirilən mərasimdə çoxlu sayda iranlı, dövlət rəsmiləri və yüksək rütbəli hərbçilər iştirak edir.
Mərasimdən əvvəl çıxış edən İran Məclisinin sədri Məhəmməd Bağır Qalibaf iştirakçılara “Doğru vəd” əməliyyatını (apreldə İran raketləri və dronlarının İsrail ərazisinə kütləvi hücumu) xatırladıb. O, əmin edib ki, indi də İranın vəzifəsi lazımi anda lazımi yerdə reaksiya verməkdir.
Vida mərasiminin əsas hissəsi İranın Ali dini lideri Əli Xameneinin Haniyənin cənazəsi üzərində dua oxuması ilə başlayıb. Tədbir boyu “İsrailə ölüm”, “Amerikaya ölüm” və “Sionistlərin cinayətlərinin arxasında ABŞ dayanır” şüarları səsləndirilib.
Haniyənin vəfatı ilə əlaqədar Tehranda genişmiqyaslı yürüşlər də gözlənilir. Bununla əlaqədar İran paytaxtında nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib.
Azpost.info