Tehranda İran, Azərbaycan və Türkiyə XİN başçılarının üçtərəfli görüşü keçiriləcək

Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Bunu İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra jurnalistlərə deyib.

O bildirib ki, üçtərəfli görüşün vaxtı bu gün azərbaycanlı həmkarı ilə müzakirələrdə müəyyənləşəcək və açıqlanacaq.

İran XİN başçısı Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri ilə bağlı hazırlıq işlərinin görüldüyünü bildirib.(APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.