Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı
  • ÖZƏL

Telefon ekranının parlaq işığı yuxu rejimini ciddi şəkildə pozur

Orkhan Ali 11 Noyabr 2025 - 16:00 (Last updated: 11 Noyabr 2025 - 11:55)
Telefon uşaq

Telefon uşaq

Telefon və planşet ekranlarının gecə saatlarında istifadəsi insan sağlamlığı üçün ciddi risklər yaradır. AzPost bildirir ki, bu barədə Almaniyanın Bonn Universitetinin nevroloqu Tomas Becker Deutsche Welle-yə danışıb. Mütəxəssisin sözlərinə görə, telefon ekranlarının yaydığı mavi işıq melatonin hormonunun istehsalını azaldır. Bu isə orqanizmin yuxuya getmə prosesini çətinləşdirir və yuxunun keyfiyyətinə mənfi təsir edir.

Becker qeyd edib ki, xüsusilə gecə saatlarında smartfon istifadəsi beyində gərginlik və diqqət dağınıqlığı yaradır. O bildirib ki, yatmazdan əvvəl telefondan istifadə edən insanların yuxuya getmə müddəti 30-40 dəqiqə uzanır. Nevropatoloq vurğulayıb ki, mavi işıq həmçinin baş ağrısı və depressiya hallarını artırır.

Mütəxəssis tövsiyə edir ki, gecə rejimində ekran parlaqlığı minimuma endirilməli və ya “gecə rejimi” aktiv edilməlidir. Bundan əlavə, yuxuya getməzdən ən azı 1 saat əvvəl telefon, planşet və kompüterdən istifadə dayandırılmalıdır. Alternativ olaraq kitab oxumaq və ya sakit musiqi dinləmək məsləhət görülür.

Becker həmçinin qeyd edib ki, uşaqların yuxu saatlarında telefondan istifadə etməsi onların psixoloji və fiziki inkişafını mənfi təsir edə bilər.

AzPost.az

Post navigation

Previous: Xoruldama ilə necə mübarizə aparmalı?
Next: Fiziki aktivlik beynin yaşlanmasını ləngidir

Oxşar xəbərlər

ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52
aqilli insan
  • Maraqlı

Ağıllı olmaq uğura zəmanət vermir – Uğurlu insanların 5 ortaq xüsusiyyəti

User 06 Noyabr 2026 - 15:05

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.