Telekanalların reytinqi yeni sistemlə ölçüləcək –MTRŞ və MEDİA təqdimat keçirdi (FOTO)

Bakıda Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə Azərbaycanda televiziya kanallarının reytinqlərinin ölçülməsi sisteminin tətbiqinə həsr olunan təqdimat keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, ümumölkə və peyk televiziya kanallarının, habelə reklam agentliklərinin rəhbərləri, həm yerli, həm də əcnəbi reklamverən şirkətlərin səlahiyyətli nümayəndələri, beynəlxalq ekspertlər iştirak edib.
Tədbir çərçivəsində teleölçmələr sahəsində beynəlxalq ekspertlər olan Renata Uhlarikova və Puşkar Kulkarni (“Pure X Media” şirkəti) tərəfindən yeni ölçmə şirkətinin seçimi üzrə Milli Televiziya və Radio Şurası və “Pure X Media” şirkətinin birgə fəaliyyətinin nəticələrinə həsr olunan video təqdimat göstərilib, layihənin reallaşdırılması prosesi və müddətləri barədə ətraflı məlumat verilib, həmçinin, beynəlxalq televiziya ölçmələri şirkəti olan “Kantar”ın 2022-ci ilin noyabrından etibarən Azərbaycanda televiziya ölçmələrində istifadə olunacaq texnoloji imkanları nümayiş olunub.
Təqdimatdan sonra tədbir iştirakçıları arasında geniş müzakirələr aparılıb.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda daha 1378 nəfər COVID-19-dan sağalıb-

Sonrakı məqalə

“Heydər Əliyev İran istehsalı olan mərmini Rəfsəncaniyə verdi…” –