“”Temu” Azərbaycanda fəaliyyət üçün qeydiyyatdan keçməli olacaq” –Vergi Xidməti

“Temu” və bir sıra xarici onlayn ticarət platformaları Azərbaycanda fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməli olacaqlar.

AzPost bildirir ki, bu barədə Dövlət Vergi Xidmətindən  Kredit.az-a bildirilib.

Qeyd olunub ki, elektron ticarət qaydasında Azərbaycan ərazisində xidmət göstərən qeyri-rezident şirkətlərin illik dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentini keçərsə, onlar 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar.

Rəqəmsal ticarətin sürətli inkişafı fonunda qeyri-rezident şirkətlərin vergiyə cəlb olunması mexanizminin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər təklif edilib və qanun layihəsi hazırda Milli Məclisdə müzakirə olunur.

Son günlər Temu onlayn mağazası üzərindən sifariş edilən bağlamaların gecikdirilməsi ilə bağlı sosial şəbəkələrdə narazılıqlar artıb.

Ekspertlərin fikirncə, əsas çətinlik Temu-nun Azərbaycanda hüquqi şəxs kimi qeydiyyatdan keçməməsidir. Bu səbəbdən istehlakçılar platforma ilə bağlı birbaşa yerli qurumlara şikayət etməkdə çətinlik çəkirlər. Yeni qanun layihəsi qəbul olunarsa, Temu Azərbaycanda hüquqi şəxs kimi qeydiyyata alınacaq və fəaliyyəti yerli qanunvericiliyə uyğun tənzimlənəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.