Terror hucumu zamanı “Krokus”da polis əməkdaşları olub –Nə üçün atəş açmayıblar? ŞOK GÖRÜNTÜLƏR /VİDEO

Moskvada törədilmiş dəhşətli terror aktı ilə bağlı sensasiyalı görüntülər üzə çıxıb.

Azpost.info bildirir ki, “ÇK-OQPU” teleqram kanalının yaydığı görüntülərdə terror aktının baş verdiyi məkanda Rusiya Daxili İşlər Nazirliyinə məxsus mikroavtobus və əməkdaşlar əks olunub.

Kadrlarda ağ rəngli “Renault” markalı avtomobilin “Crocus”un qarşısında da dayandığı və oradan silahlı terrorçuların düşdüyü görünür. Həmin görüntüdə yaxınlıqda iri mikroavtobus və onun yanında bir nəfər də görünür. Bir neçə mənbə bildirib ki, bu, həmin gün “Piknik” qrupunun konserti zamanı təhlükəsizliyi təmin edən Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin kinoloji xidmətinin furqonudur. Hücumun ilk dəqiqələrini əks etdirən görüntülərdə bu xidmətin yanında iti olan əməkdaşı aydın görünür. Görüntüdə onun silahlı olub-olmadığı aydın olmur. Atışma başlayan kimi həmin əməkdaş sürətlə qaçır.

Digər tərfədn DİN-nin Pavşino polis şöbəsi düz “Crocus”un binasında yerləşir. Çeka-OGPU-nun məlumatına görə, hücum zamanı heyət tam tərkibdə orada olub. Bölmədə silahlar saxlanılır. Lakin polislərdən heç biri terrorçuların hücumuna məruz qalan dinc sakinləri qorumağa və xilas etməyə getməyib.

Vəzifə borcu insanları qorumaq olan polislər özlərini xilas etmək üçün qaçıblar.

Görüntülər böyük rezonans doğurub. DİN hələki rəsmi açıqlama ilə çıxış etməyib.

 

 

Əvvəlki məqalə

Moskvada terror hucumunda azərbaycanlı həyat yoldaşı ilə birgə həlak olub

Sonrakı məqalə

“Rusiya Moldovaya qarşı hibrid müharibə aparır” –