“Threads” profilini yalnız “Instagram” hesabı ilə birlikdə silmək mümkündür

“Meta”nın “Twitter”ə rəqib olaraq hazırladığı “Threads” tətbiqi istifadəyə verilib. Ancaq “Threads” sosial şəbəkəsinin istifadəçiləri öz profillərini yalnız “Instagram” hesabı ilə birlikdə silə biləcəklər.

Bu barədə sosial şəbəkənin sahibi “Meta” korporasiyası məlumat yayıb.

Bildirilib ki, istifadəçilərin istənilən vaxt “Threads” profilini deaktiv etmək imkanı var, lakin onu tamamilə silmək üçün “Instagram” hesablarını silməlidirlər.

Qeyd edək ki, sosial media platformasına yalnız “Instagram” hesabı ilə daxil olmaq mümkündür(azərtac).

Əvvəlki məqalə

Azərbaycan QHT-ləri Paşinyana müraciət edib

Sonrakı məqalə

Baş nazir “Heydər Əliyev adına təqaüd”lə bağlı sərəncam imzalayıb