Tofiq Bəhramov adına Respublika stadionuna yeni direktor təyin edilib

Tofiq Bəhramov adına Respublika stadionunun rəhbərliyində dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, arenanın direktoru Şamil Quliyev vəzifəsindən ayrılıb.

Artıq stadionun yeni rəhbəri də müəyyənləşib. Bu vəzifəyə Babək Hidayətov təyin edilib.

Qeyd edək ki, Hidayətov əvvəllər Şəki və Qusar Olimpiya komplekslərində çalışıb.

Əvvəlki məqalə

Navalnı videobağlantı ilə məhkəmə iclasına qatıldı

Sonrakı məqalə

İrəvandakı yarışda medal qazanmış türkiyəli idmançılar Bakıya gələcək