“Fransa prezidenti Emmanuel Makronun Astanaya gəlişi tarixi səfərdir”.
Azpost.info xəbər verir ki, bunu Qazaxıstan lideri Kasım-Jomart Tokayev deyib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq dinamik şəkildə inkişaf edir və buna əlavə təkan vermək lazımdır:
“Səfərinizi tarixi, çox əhəmiyyətli adlandıra bilərik. Əminəm ki, bugünkü danışıqlar məhsuldar olacaq”, – Tokayev bildirib.
Öz növbəsində Makron ölkələr arasında münasibətlərin səviyyəsini yüksək qiymətləndirib.
Makronun Qazaxıstana səfəri bu gün başlayıb. Sabah Fransa lideri Özbəkistana gedəcək.
Azpost.info