Tovuzda 75 yaşlı kişinin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır- Prokurorluq

Mayın 27-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tovuz rayon prokurorluğundan verilən xəbərə görə, ilkin araşdırma zamanı qeyd olunan ərazidə mina partlaması nəticəsində 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun xəsarət alması müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Əvvəlki məqalə

Avropa Parlamenti Macarıstanın Aİ Şürasının sədrliyinə keçməsini istəmir

Sonrakı məqalə

Azərbaycan nefti bahalaşıb