Tramp ABŞ ordusunda transgenderləri uzaqlaşdıracaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp transgenderləri ordudan uzaqlaşdırmağı planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə “Times” məlumat yayıb.

Trampın Ağ Evə qayıdışının elə ilk günü, yanvarın 20-də fərman imzalana bilər ki, nəticədə 15 min nəfər sağlamlıq səbəbi ilə xidmətə yararsız olduğu üçün ordunu tərk etməyə məcbur qalacaq.

Nəşr bildirir ki, bu, silahlı qüvvələrin demək olar ki, bütün qollarında kadr çatışmazlığının yaşandığı bir vaxtda baş verəcək.

“The Times”ın yazdığına görə, işdən çıxarılanlar arasında yüksək rütbəli zabitlər də olacaq.

Azpost.info xəbər

Əvvəlki məqalə

Neftin bir barelinin qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır

Sonrakı məqalə

İran nüvə üçün yeni sentrifuqları işə salıb