ABŞ-ın 46-cı prezidenti Donald Tramp Prezident seçkisinin qalibi olmuş Co Baydenin andiçmə mərasimində iştirak etməyəcək.
TASS-ın məlumatına görə, həmin gün o, Floridaya getməyi planlaşdırır. D. Tramp Floridada təşkil olunacaq böyük mitinqdə tərəfdarları qarşısında 2024-cü ildə keçiriləcək Prezident seçkisində namizəd olacağını elan edəcək.
Bununla da o, C. Baydenin vəzifəsinin icrasına başlaması ilə bağlı keçiriləcək rəsmi tədbirlərin heç birində iştirak etməyəcək.