Tramp Kamala Harrisi axmaq adlandırıb

Respublikaçıların ABŞ prezidentliyinə namizədi Donald Tramp potensial seçki rəqibi Kamala Harrisi axmaq və pis adlandırıb.

Azpost.info xəbər verir ki, bu barədə “New York Post” yazır.

“Kamala Harrisi iki sözlə təsvir etmək olar: axmaq və pis”, – Tramp deyib.

Harrisin qərargahı buna cavab olaraq vitse-prezidentin prokurorluq keçmişini xatırladıb və məhkəmə işlərində Trampı təqib edəcəyini bəyan edib.

“Vitse-prezident Kamala Harris öz karyerasını cinayətkarları ədalətə təslim etməyə sərf edib və Donald Tramp da istisna olmayacaq. Kamala Harris karyerasını adi insanların həyatını yaxşılaşdırmağa həsr edib, Tramp isə yalnız özünü düşünür”, – Harrisin seçki kampaniyasının sözçüsü Ammar Musa deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.