ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp müttəfiqlər və rəqiblər üçün ümumi rüsumlara hüquqi əsas yaratmaq məqsədilə ölkə iqtisadiyyatında fövqəladə vəziyyət elan etmək imkanını nəzərdən keçirir.
Azpost.info bildirir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Qeyd olunur ki, bu addım Trampa ölkədə fövqəladə vəziyyət zamanı prezidentə idxalı idarə etmək səlahiyyəti verən “Beynəlxalq iqtisadiyyatda müstəsna səlahiyyətlər haqqında Qanun”dan istifadə edərək yeni tarif proqramı yaratmağa imkan verəcək.
Yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq Tramp ABŞ-yə bütün ölkələrdən idxala 10 %, Çin mallarına isə 60 % rüsum tətbiq edəcəyinə söz verib. O, həmçinin vəzifəyə başladığı ilk gün Kanada və Meksikadan idxala 25 % rüsum tətbiq edəcəyini bildirib.