Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Videonun süni intellektlə yaradıldığını necə bilmək olar? –

User 09 Oktyabr 2026 - 12:58 (Last updated: 09 Oktyabr 2026 - 12:58)
suni intelekt yoxla

“Google” süni intellektlə yaradılan və ya dəyişdirilən foto, video və səsləri yoxlayan “SynthID Detector” alətini hamının istifadəsinə açıb.

Azpost.info technote.az portalına istinadən bildirir ki, dünyanın hər yerindən giriş açıq olsa da, xidmət hazırda yalnız ingilis dilində işləyir. İstifadəçilər faylı yükləyib onda gözlə görünməyən “SynthID” nişanının olub-olmadığını öyrənə bilərlər. Ancaq nəticə almaq üçün məzmun yaradılarkən ona bu nişan əlavə edilməlidir.

  Xidmətə “Google”, “Apple” və ya “ChatGPT” hesabı ilə daxil olmaq olur. Detektor hazırda “Google”, “OpenAI”, “Nvidia” və “Kakao” alətləri ilə hazırlanmış məzmunu tanıyır. “Apple Intelligence” modellərində “SynthID” dəstəyinin yaxın vaxtlarda tam işləyəcəyi açıqlanıb. Sınaq zamanı “Reframe” ilə düzəliş edilən foto və birbaşa “ChatGPT”də yaradılan şəkillər tanınıb. Dəyişdirilməmiş “iPhone 18 Pro” fotosunda nişan tapılmayıb. “Playground”da hazırlanan şəkil də aşkarlanmayıb.
    “Google” “SynthID” texnologiyasını 2023-cü ildə çıxarıb. 2025-ci ilin sonundan etibarən “Gemini”də şəkillərin “Google” süni intellekti ilə hazırlanıb-hazırlanmadığını yoxlamaq olur. Bu ilin mayında keçirilən “Google I/O” tədbirində həmin yoxlama “Chrome” və “Google Search”də video və audio fayllara da genişləndirilib. İndi bütün bu yoxlamalar ayrıca detektorda birləşdirilib.
 “Pixel 11 Pro” çəkilən hər fotoya onun harada və necə yaradıldığını göstərən C2PA məlumatı əlavə edir. Süni intellektlə düzəliş edilən şəkillərə “SynthID” nişanı da vurulur. C2PA faylın mənşəyini və hazırlanma qaydasını təsdiqləməyə kömək edən məlumat toplusudur. “Apple” bu sistemə qoşulmayıb. Şirkət bunun əvəzinə orijinal fotonu kriptoqrafik üsulla təsdiqləyib saxlayan “Reference Image” texnologiyasından yararlanır. Bunun üçün foto “iPhone”un “Camera” tətbiqindəki “Reference” rejimində çəkilməlidir.
“Google”un məlumatına görə, yüklənən media faylları dərhal yoxlanır və nəticə göstərildikdən sonra silinir. Fayl üçün istifadəçi hesabına bağlanan rəqəmsal imza yaradılır və rəqəmsal imza 24 saatdan sonra silinir. “OpenAI” şirkətinin ayrıca yoxlama aləti yalnız öz su nişanlarını axtarır. Bu səbəbdən “Google” detektorunun tanıdığı bəzi süni intellekt nümunələri həmin xidmətdə nəticə verməyib.
    “SynthID Detector” faydalı alət olsa da, nişanın tapılmaması məzmunun mütləq həqiqi olduğunu göstərmir. Şəkil tamamilə süni intellektlə yaradılsa belə, istifadə olunan tətbiq ona nişan vurmayıbsa, detektor bunu müəyyən etməyə bilər. Üstəlik, şübhəli faylı əvvəlcə cihaza endirmək, sonra xidmətə yükləmək lazımdır. Buna görə yekun qiymətləndirmə zamanı həm detektorun nəticəsinə, həm də məzmunun özünə baxılmalıdır.

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Nobel Sülh Mükafatnın qalibi açıqlandı

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.