NATO Baş katibi Mark Rutte ABŞ prezidentliyinə namizəd Donald Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə, Vaşinqtonun Kiyevə hərbi yardımını dayandıracağından narahat olmamağı tövsiyə edib.
Azpost.info xəbər verir ki, o bu barədə Londona səfəri zamanı jurnalistlərə bildirib.
“Trampa görə narahat olmayın. Əminəm ki, ABŞ-da hamı başa düşür ki, Putin Ukraynada qalib gəlsə, Birləşmiş Ştatların özünün təhlükəsizliyi daha az olacaq”, – Rutte bildirib.
Azpost.info