“Trampın Kiyevə silah tədarükünü dayandıracağından narahat olmayın”- NATO Baş katibi

NATO Baş katibi Mark Rutte ABŞ prezidentliyinə namizəd Donald Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə, Vaşinqtonun Kiyevə hərbi yardımını dayandıracağından narahat olmamağı tövsiyə edib.

Azpost.info xəbər verir ki, o bu barədə Londona səfəri zamanı jurnalistlərə bildirib.

“Trampa görə narahat olmayın. Əminəm ki, ABŞ-da hamı başa düşür ki, Putin Ukraynada qalib gəlsə, Birləşmiş Ştatların özünün təhlükəsizliyi daha az olacaq”, – Rutte bildirib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.