Bu gündən etibarən Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir.
Təklifdə “Trendyol” siparişlerini artık Azerbaycan adresinde teslim alabilirsin” seçimi yer alıb.
Yenilikdən sonra vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi “Trendyol” saytından izləyə bilərlər. Sifarişçi çatdırılma ünvanı olaraq Azərbaycan ünvanını (və ya ən əlverişli qəbul nöqtəsini) qeyd edib malın evinə təslim edilməsini seçim edərək, gömrük bəyannaməsini tamamlayıb bağlamanı fin kodu ilə təhvil ala bilər.
Qeyd edək ki, indiyədək “Trendyol”un Azərbaycana birbaşa çatdırılma xidməti yox idi. Belə ki, vətəndaşlar sifariş üçün Azərbaycan karqo şirkətlərinin Türkiyədəki anbarının ünvanını qeyd edirdilər. Mal həmin anbara daxil olduqdan sonra ölkəyə göndərilirdi. Bununla belə, vətəndaşlar əvvəlki qaydada sifarişlərini Azərbaycanla yanaşı, “Türkiye adresinden teslim al” bölməsini seçə bilərlər.