Trilyoner olacaq ilk adam məlum olub

Sahibkar və milyarder İlon Mask 2027-ci ildə dünyanın ilk trilyonçusu ola bilər.

Azpost.info-nun məlumatına görə, “The Guardian” nəşri “Informa Connect Academy” analitik mərkəzinin hesabatına istinadən yazır ki, iş adamının sərvəti ildə orta hesabla 110% artır.

Maskdan sonra bu statusu hindistanlı iş adamı Qautam Adaninin də ala biləcəyi istisna edilmir. Adaninin illik artım tempi əgər 123% səviyyəsində qalarsa, triliona doğru bu irəliləmə 2028-ci ildə baş verə bilər.

Nəhəng texnologiya şirkəti “Nvidia” -nın baş direktoru milyardçı Censen Huanqın da 2028-ci ildə trilyonçular sırasında ola biləcəyi proqnozlaşdırılır.

Amerikanın “Informa Connect Academy” analitik mərkəzinin hesabatına istinadla xəbər yayan “The Guardian” nəşri onu da xatırladır ki, amerikalı sahibkar İlon Mask 235 milyard dollarlıq sərvətlə dünyanın ən varlı adamı sayılır.

Oqtay Qorçu

Əvvəlki məqalə

Prezident İlham Əliyev Kim Çen Inı təbrik edib

Sonrakı məqalə

“Sülh sazişi layihəsində erməni əsirlərin azad edilməsi məsələsi yer almayıb”