Tunisdə içində Azərbaycan vətəndaşları olan gəmi batıb

Tunisin Qabes şəhərinin limanı yaxınlığında ticarət gəmisi batıb.

RİA Novosti“ xəbər verir ki, bu barədə “Mosaique FM” radiostansiyası məlumat yayıb.

Mənbənin məlumatına görə, gəminin Türkiyə və Azərbaycan vətəndaşları olan yeddi ekipaj üzvünün hamısı xilas edilib.

Qabes xəstəxanasına çatdırılan zərərçəkənlərin vəziyyəti stabil qiymətləndirilir.

Bildirilir ki, Ekvatorial Qvineyadan hərəkət edən gəmi su sızması səbəbindən batmağa başlayıb, bundan sonra ekipaj üzvləri siqnal məşəlləri atıblar və bu, sahil mühafizəsinin diqqətini çəkib.

Əvvəlki məqalə

Zelenski müharibədə həlak olan ukraynalı hərbçilərin sayını açıqlayıb

Sonrakı məqalə

Bu gün IX sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək