“Turistləri ölkəmizə yenidən qayıtmağa vadar etmək lazımdır” –

Turizm Agentliyinin sədri
29 Noyabr 2019 - 10:55

“2019-cu ilin 10 ayında ölkəyə 2,7 milyon xarici vətəndaş səfər edib. Ənənəvi bazarlardan başqa, bu il Azərbaycana Çin və Hindistandan da xeyli turist gəlib”.

Bunu Azərbaycan Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. Agentlik sədrinin sözlərinə görə, Azərbaycanı turizm ölkəsinə çevirmək üçün imkanlar genişdir: “Amma turistləri ölkəyə çəlb etməklə iş bitmir, gələn turistləri ölkəmizə yenidən qayıtmağa vadar etməyə çalışmaq lazımdır”.

F.Nağıyev bildirib ki, ötən il turizm sənayesi üçün çox yaddaqalan olub:

“Ölkəyə gələn xarici qonaqların sayında artım müşahidə edilib. Müasir tələblərə cavab verən marketinq işləri həyata keçirilib. Bu gün hotel sənayesinin üzvləri turizm sənayesinin inkişafında mühüm rol oynayırlar. Hesab edirəm ki, gələn il də bizi ciddi islahatlar gözləyir. Uğurlar çox olsa da, görüləcək işlər də çoxdur”.