Turizmdəki problemləri araşdırmaq üçün Ekspertlər Şurası yaradılıb 

04 Sentyabr 2019 - 10:38

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Ekspertlər Şurası yaradıb. 

Assosiasiyadan  verilən məlumata görə, qurumun tabeliyində fəaliyyət göstərəcək Ekspertlər Şurası Azərbaycanda gəlmə və getmə turizmində mövcud olan problemlərin araşdırılmasını həyata keçirəcək və onların həlli istiqamətində təkliflər hazılayaraq idarə heyətinə təqdim edəcək.

Görüləcək işlərin keyfiyyətli və standartlara cavab verməsi üçün Ekspertlər Şurasında daxili və xarici turizm komissiyası, eyni zamanda xarici logistika komissiyası yaradılıb.

Yaradılan komissiyalar həmçinin, Azərbaycana turist axınının artırılması, turistlərin məmnun yola salınması və turizm agentliklərinin fəaliyyətinə nəzarət etmək üçün yeni mexanizmlərinin hazırlanması istiqamətində də təkliflər hazırlayacaq.