Turizmin İnkişafı ilə bağlı Dövlət Proqramı hazırlanacaq.
Bu barədə Dövlət Turizm Agentliyinin Turizm siyasəti və turizm strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov “Azərbaycan Turizm Sammiti 2023″də çıxışı zamanı məlumat verib.
O bildirib ki, turizm sektorunda dayanıqlılığın təmin edilməsi, regionlarda turizmin mövsümülük probleminin həlli ilə bağlı tədbirlər planları tərtib olunacaq:
“Həmçinin turizmin inkişafı üçün marketinq və kommunikasiya planının, Destinasiya İnkişaf Planının hazırlanması nəzərdə tutulur. Onu da qeyd edim ki, yaxın gələcəkdə Regional Turizm Şuraları da yaradılacaq”(apa).