Türk dövlətlərinin mənəvi vəhdət platforması

 Türk Ddövlətləri Təşkilatının  dini liderlərinin Şurası türk dövlətləri arasında mənəvi bağ yaradılması, eyni kökdən olan xalqların vahid mövqeyinin formalaşması üçün mühüm rıçaq sayıla bilər.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı nəzdində dini liderlərin birliyinin yaradılması ideyası Azərbaycan tərəfindən irəli sürülüb. Prezident İlham Əliyev bu ideyanı müsbət qarşılayıb və təsdiq edib. 202-ci ilin aprelində İstanbulda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderlər Şurasının ilk təsis toplantısı keçirilib. Toplantıda Şeyxülislam A.Paşazadə Azərbaycanın hazırladığı Türk Dövlətləri Təşkilatının Dini Liderlər Şurasının Nizamnaməsini təqdim edib və sənəd qəbul edilib.

Dini, dili, tarixi bir olan türkdilli ölkələr birliyini əhatə edəcək bu qurum mənəvi birliyin qurulmasında mühüm əhəmiyyət daşıyır.

Hazırkı dünyada milli-etnik dözümsüzlüyün acı nümunələri ilə üzləşən dövlətlər kənardan ixrac olunan ekstermist və yad dalğanın qarşısını almaq üçün bir-birinə dəstəyə böyük ehtiyac duyurlar.

TDT-nin bu yeni platforması türkdilli dövlətlərin ortaq mədəni izinin təbliği üçün əhəmiyyətlidir. Şura üzv ölkələrin mədəni sərvəti sayılan abidələri, fikir adamlarını, din xadimlərini tanıtmaq və öyrənmək üçün imkanlar yaradır. Həmçinin dövlətlərin dini-ideoloji müstəvidə fəaliyyətinin koordinasiyası üçün nufuzlu din xadimlərinin dəstəyini ortaya qoyacaq.

Dini liderlərin Şurası eyni zamanda məzhəblərarası qardaşlığın təbliği və eyni zamanda dünyaya nümayişi üçün yaxşı imkandır.

Dini rəhbərlərin Şurası münasibətlərin dərinləşdirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mədəni və mənəvi dəyərlərin inkişaf etdirilməsi üçün geniş imkanlara malikdir.

Türk dövlətlərinin liderlərinin Dini Liderləri Şurasının yaradılması ideyasını dəstəkləməsi onun tam reallaşmasına imkan verdi. Bu addım türk-islam mənəvi-mədəni irsinin dünya sivilizasiyasına töhfəsinin təbliğ edilməsində böyük əhəmiyyət daşıyır.

Dini rəhbərlərin Şurasının münasibətlərin dərinləşdirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mədəni və mənəvi dəyərlərin inkişaf etdirilməsi üçün geniş imkanları var.

TDT Dini Liderlər Şurasının keçirilən sammitləri türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi üçün yaxşı imkanlar yaradır.

Bu toplantıların daha bir mesajı TDT dövlətlərinin digər qurumlarının bir-biri ilə əməkdaşlıq perspektivlərinə bir çağırış oldu. Dövlətlər mədəni və digər sahələrdə uğurlu əməkdaşlıq platformasının qurulması üçün səylərini səfərbər edə bilərlər.

Mədəni inteqrasiya mesajlarını öz siyasətinin vacib prioriteti elan edən Prezident İlham Əliyevin bu ideyanın  təşəbbüskarı kimi çıxış etməsi Azərbaycanın bu müstəvidə liderliyini nümayiş etdirir. Təməli İstanbulda qoyulan bu mötəbər qurum türk dövlətlərində ictimai rəyi formalaşdırmaq üçün geniş əməkdaşlıq perspektivləri yaradıb. Dini Liderlər Şurasının Bakı toplantısı da türk dünyası üçün yeni çağırışlara vəsilə olacaq.

Türk Dövlətləri Təşkilatının dini liderlərinin birgə əməkdaşlığındantürk-İslam birliyi faydalanacaq və birgə məqsədlərə doğru addımlayacaq.

Ölkəmizdə tolerantlığın min illik tarixə söykənən böyük bir mirasına söykənərək qazanıb.

Bu məsələdə dövlət siyasəti, ictimai rəy, ənənələr vacib rol oynayır. Prezident İlham Əliyevin yürütdüyü tolerantlıq siyasətinin əsas hədəfi cəmiyyətdə dini, milli həmrəylik, dözümlülükdür.

Cəmiyyətin illərin sınağından çıxmış birliyi, tolerantlığı və qardaşlıq müstəvisi bu qara qüvvələrə öz məkrli niyyətlərini həyata keçirməyə imkan verməyib.

Prezident İlham Əliyev öz müsahibələrinin birində dövlətin milli –mənəvi dəyərlərin möhkəmləndirən, mədəniyyətlərarası dialoq istiqamətində görülən işləri vacib məqam adlandırmışdı.

Prezidentin sözlərinə görə, dünya miqyasında Azərbaycan qədər bu məsələyə diqqət yetirən və nəticə əldə edən ikinci ölkə tapmaq çətindir. Bunu Azərbaycanda milli-mənəvi dəyərlər, dinlərarası dialoq sahələrində əldə edilmiş uğurları tanınmış və aparıcı siyasi və dini liderlər qeyd edirlər.

“Biz müsəlman dəyərlərinin Avropada təbliğ edilməsində çox böyük rol oynayırıq. Dini Liderlərin Bakı Zirvə Görüşündə iştirak etmiş Rusiyanın patriarxı Kirill, Bakıda səfərdə olmuş Roma Papası Fransisk də bu sahədə Azərbaycanda görülən işlərə yüksək qiymət verib. Bunu deyən dini liderlərdir. Bunu deyən adamların arxasında milyardlarla insan var. Bütün bu liderlər bizim bu sahədəki fəaliyyətimizi qiymətləndirirlər. İkinci belə bir ölkə tapmaq mümkün deyil ki, bütün bu ənənəvi dinlərin rəhbərləri Azərbaycanda görülən işlərə eyni fikirlə yüksək qiymət versinlər. Bu, böyük nailiyyətimizdir”-deyə dövlət başçısı qeyd edib.

Mədəni inteqrasiya mesajlarını öz siyasətinin vacib prioriteti elan edən prezident İlham Əliyevin belə tədbirlərin təşəbbüskarı kimi çıxış etməsi müsbət hadisədir. TDT-nin bu qurumu türk dövlətlərində ictimai rəyi formalaşdırmaq üçün geniş əməkdaşlıq perspektivləri yaradıb.

 

V.ABBAS

Yazı MEDİA-nın dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

“İsrail ordusunun Qəzzaya qurudan hücum cəhdi uğursuz olub”

Sonrakı məqalə

Azərbaycanda qoyunların sayı kəskin şəkildə azalıb