Türk lirəsinin məzənnəsi tarixi minimuma enib

07 May 2020 - 12:17

Türkiyənin milli valyutası olan lirənin ABŞ dollarına qarşı məzənnəsi rekord səviyyəyə enib. Hazırda 1 dollar 7,49 lirə təşkil edir.

APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumat görə, hazırkı məzənnə 2018-ci ildə qeydə alınmış minimumdan 0,254 lirə çoxdur. Proqnozlara əsasən, lirənin zəifləməsi davam edəcək və Türkiyənin bütün ili tənəzzüldə olacağı gözlənilir.