Türkan Şoray və Kadır İnanır 47 il əvvəl SSRİ-də –Qırğızstanda onları kim qarşılayıb? /VİDEO

47 il əvvəl Qırğızstanda keçirilmiş kino festivalı ilə bağlı maraqlı görünütlər paylaşılıb.  AzPost bildirir ki, Bişkekdə keçirilmiş festivalda bir çox məşhur kino aktyorları iştirak edib.

Mərasimə həmçinin Türkiyənin məşhur kino ulduzları Türkan Şoray və Kadır İnanır da gəlib.

Bundan başqa kadrda məşhur hind aktyoru Şaşi Kapuru və Azərbaycanın xalq artisti Leyla Bədirbəylini də görmək mümkündür. Türkiyəli aktyorları dünya şöhrətli qırğız yazçısı Çingiz Aytmatov qarşılayır. O, Türkan Şorayla səmimi görüşür.

1978-ci ildə Türkiyədə Çingiz Aytmatovun “Qırmızı ləçək” əsəri əsasında “Sərvi boylum, al yazmalım” bədii filmi ekranala çıxıb. Filmdə baş rolları Türkan Şoray və Kadır İnanır oynayıb. Böyük populyarıq qazanan bu film bu günə qədər şöhrətini saxlayır.

Qırğızstanda festivalda Türkiyənin bu filmi nümayiş etdirilib. Kadrlarda nümayişdən görünütlər də yer alıb.

Azpost.info görüntüləri təqdim edir:

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.