Türkiyə və Rusiya arasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə ortaq mərkəzin yaradılmasına dair memorandum imzalandı
Türkiyə və Rusiya arasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə ortaq mərkəzin yaradılmasına dair memorandum imzalanıb.
Memorandumu videokonfrans formatında Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu imzalayıblar.
Qarabağ bölgəsində atəşkəsin və sabitliyin qorunmasında önəmli bir addım atıldığını vurğulayan türkiyəli nazir anlaşma üzrə həyata keçiriləcək fəaliyyətin bölgə üçün səmərəli və faydalı olmasını arzu edib.
Memorandumda mərkəzin vəzifə və prinsipləri müəyyənləşdirilib.
Xatırladaq ki, atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılır. Mərkəzin yaradılması ilə bağlı müddəa Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatında yer alıb.
Birgə monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin hərbi əməliyyatların dayandırılması rejiminə uyğunluğuna etibarlı nəzarət etməyə imkan verəcək, həmçinin münaqişənin həlli üçün möhkəm zəmin yaradacaq.
Birgə mərkəz Azərbaycan ərazisində, atəşkəs rejiminə əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq. Mərkəz müqavilələrin pozulması ilə bağlı hər hansı şikayət, sual və ya narahatlığın araşdırılması ilə məşğul olacaq.
Əlaqəli xəbərlər
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
-
Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – qiymətlərdəki artımın detalları
Növbəti xəbər yüklənir...