Türkiyə-Azərbaycan Universitetinin yaradılması bizim birliyimizin növbəti simvoludur- Prezident

Təhsillə bağlı bu gün önəmli bir anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür.

Bu fikirləri Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.

“Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm də Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır. Bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır. Yad təsirdən uzaq olmalıdır. Bilikli, savadlı, vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması sadəcə olaraq təhsil məsələsi deyil, bu bizim birliyimizin növbəti simvoludur. Əminəm ki, bu universitet yaxın gələcəkdə nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək”, – Prezident qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.